secki

Ermənistanda yaxın vaxtlarda daxili siyasi gündəmin əsas mövzusu növbədənkənar parlament seçkiləri olacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə “Past” nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, parlamentdə müxalifət təzyiq və siyasi manipulyasiyalara baxmayaraq, Ermənistanın Baş naziri Nikol Paşinyanın Konstitusiya dəyişiklikləri ilə bağlı referendum keçirilməsi təklifini dəstəkləməmək qərarına gəlib. Bu mövqe növbədənkənar seçkilərlə bağlı müzakirələri daha da aktuallaşdırıb:

“Siyasi ekspertlərin fikrincə, müxalifətin Konstitusiya dəyişiklikləri ilə bağlı referendum təşəbbüsünə dəstək verməməsi hakimiyyəti yeni siyasi qərarlar qarşısında qoya bilər. Məsələnin əsas hüquqi tərəfi referendumun təşkili üçün tələb olunan parlament səsləri ilə bağlıdır. Ermənistan Konstitusiyasına əsasən, dəyişikliyin qəbul edilməsi üçün deputatların azı beşdə üçünün, yəni 65 parlament üzvünün dəstəyi lazımdır.

Lakin hakim fraksiyanın bu həddi təmin etməsi üçün daha altı deputatın səsinə ehtiyacı var. Müxalifət qüvvələrinin vahid mövqedən çıxış edərək qarşı çıxması isə Konstitusiya dəyişikliyi layihəsinin lehinə səs verilməsini çətiinləşdirir”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: