Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Noyemberyan şəhərində yerləşən hərbi hissələrdən birində xidmət edən əsgər özünə xəsarət yetirib.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Bildirilib ki, o, borc səbəbindən özünü ayağından güllələyib.
İlkin tibbi yardım göstərildikdən sonra hərbçi Vanadzor şəhərindəki hərbi hospitala köçürülüb.
Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Aram Torosyan hadisə ilə bağlı məlumatlarının olmadığını deyib.
Safura Bənnayeva
Globalinfo.az