UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda keçirilən “Sabah” – “Barselona” qarşılaşması azarkeş sayına görə turun ən yüksək göstəricilərə sahib üç matçından biri olub.
Globalinfo.az bildirir ki, “Report”un məlumatına əsasən, Bakı Olimpiya Stadionunda baş tutan matçda tribunalarda 66321 tamaşaçı əyləşib.
Bu göstərici ilə matç azarkeş sayına görə turun üçüncü pilləsində qərarlaşıb.
Birinci sırada İspaniyanın “Real” klubunun Niderlandın PSV komandasını 5:1 hesabı ilə məğlub etdiyi görüş dayanır. Madriddəki bu oyunu 76176 azarkeş izləyib.
İkinci yerdə isə İtaliyanın “İnter” klubu ilə Almaniyanın “Ştutqart” kollektivi arasındakı duel (2:0) qərarlaşıb. Bu matçda 74003 tamaşaçı tribunalarda olub.
Qeyd edək ki, “Sabah” “Barselona”ya 1:4 hesabı ilə məğlub olub.