20210128 zia i202 059 pic905 895x505 41625

Almaniyanın xarici işlər naziri Annalena Berbok Parisdəki hücumda həlak olan alman əsilli filippinli turistin ailəsinə başsağlığı verib.

Nazir bunları yazıb:

“Parisdən şok xəbər aldıq. İslamçıların (?) hücumu zamanı öldürülən gənc almanın ailəsinin yanındayam”.

***

Parisdə Eyfel qülləsinin yaxınlığında turistlərə silahlı hücum olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Gerald Darmanin məlumat yayıb.

O bildirib ki, hadisə zamanı Almaniya vətəndaşı həlak olub, daha iki nəfər yaralanıb.

Cinayətkarın 1997-ci il təvəllüdlü Fransa vətəndaşı olduğu qeyd edilir.

İddia edilir ki, o, radikal islamçılığa meyillidir və psixi pozğunluqdan əziyyət çəkir.

Paylaş: