paris atisma

Fransanın paytaxtı Paris şəhərində 60 yaşlı naməlum şəxs şəhərin Engien küçəsində Colt 45 tipli tapançadan atəş açıb, ölən və yaralananlar var.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Agence France-Press” şəhərin polis departamentinə istinadən bildirib.

Ən azı 2 nəfərin öldüyü və dörd nəfərin yaralandığı qeyd olunub.

Həmçinin əlavə edilib ki, atəş açan şəxs artıq saxlanılıb.

Paylaş: