Pakistanın yeni prezidenti bəlli oldu

Pakistanda bu gün keçirilən prezident seçkilərinin nəticələri bəlli olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Pakistan Seçki Komissiyası məlumat yayıb.

Bildirilib ki, Asif Əli Zərdari seçicilər kollegiyasının 411 səsini toplayaraq qalib olub. Rrəqibi Mahmud Xan Açakzai isə 181 səs toplayıb.

Xatırladaq ki, Pakistan Konstitusiyasına əsasən parlament seçkilərindən bir ay sonra prezident seçkiləri keçirilir.