Pakistanda qatar aşdı: 30 ölü, 80 yaralı

Pakistanın Sind əyalətinin Nəvabşah şəhəri yaxınlığında qatarın relsdən çıxması nəticəsində azı 15 sərnişin ölüb, daha 50 nəfər yaralanıb.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Pakistan mətbuatı məlumat yayıb.

Məlumata görə, hazırda xilasetmə işləri aparılır. Yaxınlıqdakı xəstəxanalarda fövqəladə vəziyyət elan edilib. Zərərçəkənlərə tibbi yardım göstərilir.

***

“Hazara Ekspress” qatarının relsdən çıxması nəticəsində ölənlərin sayı 30-a çatıb. Daha 80 nəfər isə yaralanıb.

Aşan vaqonların içərisində hələ də sərnişinlərin qaldığı bildirilir.