eiteaz

Pakistanın Karaçi şəhərində ABŞ əleyhinə etirazlar başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Life SHOT” Telegram kanalı məlumat yayıb.

“Pakistanın Karaçi şəhərində bir qrup etirazçı ABŞ konsulluğuna girməyi bacarıb. Diplomatik missiya binasının pəncərələri sındırılıb, bir neçə nəfərin xəsarət aldığı və öldüyü bildirilir.

Etirazlar Bağdadda da keçirilir və etirazçılar hazırda ABŞ səfirliyinin yerləşdiyi Yaşıl Zonaya girməyə çalışırlar”, – deyə qeyd olunub.

Məlumata görə, şəhərdə partlayış səsləri eşidilir.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: