Pakistan və İran səfirləri bu barədə razılığa gəldilər

Pakistan və İran gərginliyi artırdıqdan sonra səfirlərini yanvarın 26-dək paytaxtlarına qaytarmağa razılaşıblar.

Globalinfo.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Pakistan və İran xarici işlər nazirləri arasında telefon danışığından sonra hər iki ölkənin səfirlərinin 2024-cü il yanvarın 26-dək öz vəzifələrinə qayıtmaları üçün ortaq razılıq əldə olunub”, – deyə məlumatda bildirilib.

Bundan əvvəl Pakistan və İran barışıqda ortaq maraqlı olduqlarını bildiriblər.