Bakının yol qəzaları: ötən il neçə nəfər ölüb?

Ötən il Bakıda baş verən yol qəzalarında 188 nəfər ölüb.

Bu barədə Globalinfo.az-a Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsindən məlumat verilib.

Bildirilib ki, 2022-ci il ərzində ölüm və xəsarət halları ilə yekunlaşmış 437 hadisədə 188 nəfər vəfat edib, 355 nəfər isə xəsarət alıb.

Məlumata görə, bu, 2021-ci illə müqayisədə 77 hadisə, 23 ölüm faktı və 58 xəsarət halı azdır.