69dbf3841f60969dbf3841f60a177602240469dbf3841f60769dbf3841f608

Macarıstanın Baş naziri Viktor Orban parlament seçkilərində partiyasının məğlubiyyətini etiraf edib.

Orban bu barədə öz müraciətində danışıb.

“Seçkilərin yekun nəticəsi hələ bəlli deyil, lakin vəziyyət aydındır. Nəticə bizim üçün ağrılıdır. Qalibi təbrik etdim”, – Orban vurğulayıb.

***

Macarıstanın Baş naziri Viktor Orban rəqib Tisa Partiyasını seçkilərdə qələbə münasibətilə təbrik edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, səslərin 60,24%-i sayıldıqdan sonra “Tisa” 136 mandat qazanaraq konstitusion çoxluq əldə edib.

Hakim “Fides” koalisiyası 56, “Bizim Vətən” partiyası isə 7 yer qazanıb.

“Tisa”nın lideri Peter Macar “X” sosial şəbəkəsində yazıb ki, Orban ona zəng edərək, təbrik edib.

Paylaş: