Operativ Qərargah pandemiya və vaksinasiya ilə bağlı məlumat yaydı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 25 yeni yoluxma faktı qeydə alınıb, 46 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxanlar arasında ölən yoxdur.

Azərbaycanda indiyədək ümumilikdə 829 328 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 819 328 nəfər müalicə olunaraq sağalıb, 10 153 nəfər vəfat edib, aktiv xəstə sayı 160 nəfərdir.

Ölkədə son sutka ərzində 353, hazırkı dövrədək isə 7 551 588 test aparılıb.

***

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, vurulan vaksinlərin ümumi sayı 13 952 882, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 405 613, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 879 733, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 401 665, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 871 nəfər təşkil edir.