Cavanşir Quliyevin əməliyyatı bitdi: son durum – YENİLƏNİB

Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev əməliyyat olunub.

Globalinfo.az xəbər verir ki, bəstəkar bu gün Türkiyədə “Acıbadem” xəstəxanasında baş-beyin əməliyyatı (angioqrafiya və stentləmə) keçirib, vəziyyəti qənaətbəxşdir.

Əlavə edək ki, Cavanşir Quliyevin bir neçə gün əvvəl Türkiyədə səfərdə olarkən vəziyyəti pisləşib. Həmin vaxt İstanbulda xəstəxanaya yerləşdirilən bəstəkarın ürəyində ilk olaraq stent əməliyyatı aparılmışdı.

Bəstəkarın müalicəsinə Heydər Əliyev Fondu dəstək göstərir.

***15:11

“Cavanşir Quliyevin yaxınlarından xoş xəbər gəldi, əməliyyat uğurla keçib, hər şey yolundadır”.

Globalinfo.az-ın xəbərinə görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Vəsilə Vahidqızı bildirib.

Qeyd edək ki, Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin ölüm xəbəri yayılıb. Onun İstanbulda müalicə aldığı xəstəxanada vəfat etdiyi bildirilsə də, məlumatın yanlış olduğu məlum olub.

***14:37

“Sevimli bəstəkarımız Cavanşir Quliyev hazırda əməliyyatdadır”.

Globalinfo.az xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Vəsilə Vahidqızı sosial şəbəkə hesabında yazıb.

“Ailəsi ilə indi əlaqə saxladım, 2-3 saat sonra vəziyyəti ilə bağlı dəqiq məlumat verəcəklərini bildirdilər. Bəstəkarımıza Allahdan şəfa diləyirik”, –  deyə şöbə müdiri əlavə edib.

Qeyd edək ki, Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin ölüm xəbəri yayılıb. Onun İstanbulda müalicə aldığı xəstəxanada vəfat etdiyi bildirilsə də, məlumatın yanlış olduğu məlum olub.

***09:09

“Cavanşir Quliyev ölməyib, yaşayır”.

Bu sözləri Globalinfo.az-a Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin dostu, fizika-riyaziyyat elmləri doktoru, professor, “Xəzər” Universitetinin təsisçisi Hamlet İsaxanlı deyib.

Onun sözlərinə görə, bəstəkar əməliyyat olunacaq:

“Onun öldüyünü kim yazıbsa, böyük səhv edib. Hansı səbəbdən belə xəbəri yayıblar, bilmirəm. Az öncə özü ilə danışmışam, hər şey yaxşıdır. Əməliyyat olunacaq. Hazırda müalicə alır. Müalicəsi bitdikdən sonra vətənə dönəcək”.

Leyla Əlisoy
Globalinfo.az