106fb736 f19e 47ba bb87 9bf5a1b159f4 1200

Ukraynada 18–22 yaş arası gənclərlə bağlı yeni qaydalar müzakirə olunur.

Globalinfo.az xəbər verir ki, bu sözləri Ukrayna Ali Radasının deputatı Dmitri Razumkov deyib.

Onun sözlərinə görə, bu çərçivədə həmin yaş qrupuna daxil olan şəxslərin ölkədən çıxış icazələrinin ləğv edilməsi variantı nəzərdən keçirilir.

Qərar qəbul ediləcəyi təqdirdə, bu kateqoriyaya aid vətəndaşlar Ukraynanı tərk edə bilməyəcək.

“Bu qərarın qəbul edilməsi real görünür. Artıq bununla bağlı Zelenskinin ofisində hazırlıq gedir. Qərar qəbul edildikdən sonra 18–22 yaş arası gənclər ölkədən çıxa bilməyəcək”, – deyə Razumkov yekunlaşdırıb.

Tahir Turan
Globalinfo.az

Paylaş: