gurcustan secki1 1

Gürcüstanda bu gün baş tutan seçkilərin ilkin rəsmi nəticəsi elan edilib.

Globalinfo.az Axar.az -a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının saytında məlumat yerləşdirilib.

Bildirilib ki, hazırda səslərin 69,94%-i sayılıb. İndiki nəticələrə görə səslər belədir:

– Gürcü Arzusu – 52,98% (921 067 səs);

– “Birlik – Milli Hərəkat” (“Vahid Milli Hərəkat”, “Aqmaşenebeli Strategiyası”, “Avropa Gürcüstanı”) – 9,08% (170 442 səs);

– Dəyişiklik üçün Koalisiya (“Axali”, “Girçi – daha çox azadlıq”, “Droa”) – 11,99% (194 662 səs);

– Güclü Gürcüstan (“Gürcüstan üçün Lelo”, “Xalq üçün”, “Azadlıq Meydanı”, “Vətəndaşlar”) – 9,04% (157 143 səs);

– Gürcüstan üçün – 8,24% (143 289 səs).

Qalan partiyalar 5%-lik baryeri keçə bilməyiblər.

Paylaş: