Oğuz rayonunda baş vermiş ağır yol-nəqliyyat hadisəsi ilə bağlı görüntülər yayılıb.
Məlumata görə, saat 20:30 radələrində Nihad Namiq oğlu Əlizadə “BMW” markalı avtomobillə yaşadığı Oğuz rayonu Padar kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirib. Bu zaman maşın aşaraq yanmağa başlayıb.
Yaxınlıqdakı şəxslərin də köməkliyi ilə sürücü tez avtomobildən çıxarılıb. Lakin ön oturacaqda sıxılaraq qalan Rəvanı dərhal çıxarmaq mümkün olmayıb və nəqliyyat vasitəsi alışaraq yanmağa başlayıb. Nəticədə R.Mirzəyev hadisə yerində həyatını itirib.
***
Oğuzda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Globalinfo.az xəbər verir ki, hadisə Padar-Böyük Söyüdlü yolunun Padar kəndi ərazisində qeydə alınıb.
Hərəkətdə olan BMV markalı avtomobil ağaca çırpılaraq alışıb. Yanğın söndürüldükdən sonra xilasedicilər tərəfindən maşında qalan sərnişin rayonun Padar kənd sakini 21 yaşlı Rəvan Ağasəf oğlu Mirzəyevin yanmış meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma davam etdirilir.
