Oğurluq edib Rusiyaya qaçdı, tutuldu

Azərbaycanın beynəlxalq axtarışa verdiyi daha bir şəxs tutulub.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Salyan RPŞ tərəfindən barəsində ölkələrarası axtarış elan edilmiş 1985-ci il təvəllüdlü Vüsal Quliyev Rusiya ərazisində saxlanılıb. Onun Azərbaycana ekstradisiyası istiqamətində iş aparılır.

Bildirilir ki, V.Quliyev oğurluq əməlində ittiham edilir. Onun barəsində Salyan RPŞ-də Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə iş açılıb.