Qarabağdakı separatçılar arasında qarşıdurma ehtimalı böyükdür.
Globalinfo.az xəbər verir ki, bu barədə erməni KİV yazır.
Görünür, artıq separatçıların müxtəlif qrupları arasında gərginlik kuliminasiya həddinə çatıb. Araikin qaçışından sonra bəzi qruplaşmalar yeni “başçı”nı razılaşdırıblar.
Bu, Samvel Şahramanyandır. “Seçki” prosesi bir neçə gün sonra olacaq və formal xarakter daşıyacaq.
Lakin S.Babayan bu seçimlə razılaşmır.
Narazılıq yaradan əsas məqam Şahramanyanın separatçıların keçmiş başçıları Bako, Arkadi və Araikin adamı olmasıdır.
Erməni mediası yazır ki, Şahramanyanın “vəzifə” müddəti 15-20 gün olacaq.