Ag Ev

ABŞ dövlət katibi Marko Rubio 2028-ci il prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi olmaq uğrunda yarışda vitse-prezident Ceyms Devid Vensdən irəlidədir.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ-da keçirilən milli sorğunun nəticələrində qeyd olunub.

Sözügedən hesabat mayın 3-dən 7-dək olan müddəti əhatə edir:

“Rubio 45.4 faiz dəstəklə ilk sırada qərarlaşıb. Vens isə 29.6 faiz səslə ikinci yerdədir. Florida ştatının qubernatoru, respublikaçı Ron DeSantis isə 11.2 faizlə üçüncü pillədə yer alıb”.

Bildirilir ki, beş ay əvvəl keçirilən analoji sorğuda vəziyyət fərqli idi. Həmin vaxt Vens 46.7 faizlə lider idi, Rubio isə cəmi 22.6 faiz dəstək toplamışdı.

Məlumata görə, Rubionun reytinqindəki artım onun Ukrayna, Kuba və İranla bağlı intensiv diplomatik fəaliyyətindən sonra qeydə alınıb.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: