Növbədənkənar Prezident seçkiləri – Xalqımız üçün xeyirli olsun!

Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edildi. Xalqımız üçün, dövlətimiz üçün xeyirli və uğurlu olsun!

Nəhayət ki, ərazi bütövlüyü və suverenliyi tam bərpa edilən Azərbaycanda ilk dəfə seçkilər keçiriləcək.

Bu seçkilərin içərisində həyəcandan çox sevgi var, məhəbbət var. Müstəqil, suveren Azərbaycanda Prezident seçkiləri! Necə gözəl səslənir!

Prezident İlham Əliyev 2018- ci ildə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra xalqımızın qarşısında duran ən mühüm problem – ərazi bütövlüyümüzün bərpası prosesinin son tamamlayıcı mərhələsinə start verdi və qısa zamanda ölkəmizin, xalqımızın bütün potensialını vahid məqsəd uğrunda səfərbər etdi.

Prezident seçildikdən cəmi iki il sonra Azərbaycan tarixi qələbə qazanaraq torpaqlarını işğaldan azad etdi, daha sonra isə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası prosesi tamamlandı.

İlk dəfədir ki, müstəqil Azərbaycanda seçkilər bütün ölkə ərazisində keçiriləcək!

Hər birinizi təbrik edirəm!

Toğrul Allahverdili
Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin sədri,
Azərbaycan-Türkiyə Evinin icraçı direktoru