ABŞ Prezidenti Donald Tramp jurnalistlərin İranla bağlı suallarına qəzəblənib.
Globalinfo.az xəbər verir ki, o, Ağ Evdə açıqlamalar verib.
“İranla hazırda razılaşma əldə edə bilərəm, amma istəyirəm ki, bu, müvəqqəti deyil, daimi olsun. İndi biz boğaza tam nəzarət edirik. Əgər boğazı razılaşma olmadan açsaq, bu, onların gündə 500 milyon dollar qazanması deməkdir və bunu istəmirəm”, – deyə D.Tramp bildirib.
Ardınca jurnalistlərdən biri İranla müharibənin nə qədər davam edəcəyini soruşub.
“Amerika xalqına, bunu soruşanlara nə deyirsiniz?” sualına Ağ Ev rəhbəri belə cavab verib:
“Siz utanc qaynağısınız. Bayaq dediklərimi eşitdinizmi? Vyetnam müharibəsi nə qədər davam etdi?”.
Jurnalist daha sonra, “İranda müharibənin başlamasından 8 həftə keçib, amma siz onun 4 həftə davam edəcəyini demişdiniz”, deyə bildirib.
Trampın cavabı isə “Qısa fasilə verdim” olub.
ABŞ lideri İrana qarşı nüvə silahından istifadə edib-etməyəcəyini soruşan bir müxbirə isə bunları deyib: “Bizə bunlar lazım deyil. Niyə belə axmaq bir sualın verildiyini başa düşmürəm. Niyə nüvə silahından istifadə etməliyəm? Biz onları onsuz da ənənəvi bir şəkildə tamamilə məhv etdik”.
Əliyar Xəlil
Globalinfo.az