Niderland Seneqala qalib gəldi

Qətərdə keçirilən dünya çempionatında Seneqal və Niderland milli komandaları arasındakı matça satart verilib.

Globalinfo.az xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlə çıxıblar:

Seneqal: Eduar Mendi, Yussuf Sabali, Pape, Abu Sisse, Xalidu Kulibali, Abdu Diallo, Şeyhu Kuyate, Nampali Mendi, İdrissa Geye, Buna Sarr, Bulaye Dia, Krepin Diatta

Niderland: Andris Noppert, Denzel Dümfris, Matteys de Liqt, Vircil van Deyk, Natan Ake, Deyli Blind, Stiven Bergeys, Frenki De Yong, Kodi Qakpo, Vinsent Yanssen, Stiven Berqveyn.

***

Niderland matçın 85-ci dəqiqəsində Qakponun qolu ilə hesabı açdı: 1-0.

***

Niderland matçın son dəqiqələrində Klassenin zərbəsi ilə 2-ci qolu vurdu: 2-0. Görüş bu hesabla da yekunlaşdı.