Niderland futbolunda şok: 25 oyunçu elə bir şey etdi ki…

Niderland futbol liqalarında 25 futbolçunun öz oynadıqları matçlara mərc etdiyi bəlli olub.  

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “dutchnews.nl” saytı məlumat yayıb.

Bildirilib ki, 25 futbolçudan 6-sı əsas liqa, qalanı isə aşağı liqa klublarının üzvləridir.

Hazırda ölkə polisi bununla bağlı araşdırmalara başlayıb.

Niderland Futbol Federasiyası məlumatı təsdiq edib.