Nəvəsi qəzada həlak olan Cığatel danışdı: “Oğlumun…”

Avtomobil qəzasında nəvəsini itirən şairə Cığatel İsaqızı açıqlama verib.

Globalinfo.az xəbər verir ki, o, oğlunun vəziyyəti ilə bağlı “Sherg.az”a danışıb.

“Öldüm. Balam lay-lay. Nəvəmin birini itirdim. Oğlum da əməliyyat olunacaq. Qırığı, sınığı var”, – deyə Cığatel İsaqızı bildirib.

Qeyd edək ki, hadisə Ələt-Astara magistralının 38-ci km-də qeydə alınıb. “Nissan” və “Opel” markalı minik avtomobillərinin toqquşması nəticəsində sürücülərdən Ağstafa sakini, 1987-ci il təvəllüdlü Qasımov Ayaz Camal oğlu ağır xəsarət alaraq komatoz vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib, sürücünün oğlu, 2014-cü il təvəllüdlü Qasımov Süleyman Ayaz oğlu hadisə yerində ölüb. Qəzada Ayaz Qasımovun azyaşlı qızı Cığatel də xəsarət alıb.

Ayaz Qasımovun vəziyyəti ağır olduğu üçün Bakıya xəstəxanalardan birinə yola salınıb.