hemas israil

İsrail müdafiə naziri Yoav Qalant təcili Vaşinqtona səfər edib.

Globalinfo.az xəbər verir ki, məlumatı İsrail Müdafiə Nazirliyi yayıb.

Qalantın Vaşinqtonda ABŞ müdafiə naziri Lloyd Ostin və ABŞ dövlət katibi Entoni Blinkenlə görüşləri nəzərdə tutulub.

Onun amerikalılarla  Livan sərhədindəki və Qəzzadakı vəziyyəti müzakirə edəcəyi bildirilib. Səfərdən öncə jurnalistlərə açıqlama verən Qalant İsrailin bu istiqamətlərdə fəaliyyət üçün bütün addımlara hazır olduğunu söyləyib. O həmçinin etiraf edib ki, ABŞ rəsmiləri ilə görüş İsrailin Qəzzadakı müharibəsi üçün həlledici əhəmiyyət daşıyacaq.

Qeyd edək ki, son günlər İsrail-Livan sərhədindəki vəziyyət gərginləşib. Xüsusilə Hizbullah İsraili müharibəyə başlayacağı təqdirdə peşman edəcəyini bildirib. ABŞ isə xəbərdarlıq yayaraq, İsrail-Hizbullah savaşında Təl-Əvivi dəstəkləyəcəyini edib.

Onu da xatırladaq ki, ABŞ dövlət katibi sonuncu dəfə İsraildə iyunun 10-12-si aralığında olub.

 

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: