1536x864 cmsv2 5fda2ce9 54b5 5a75 b8b2 4d55f89e4a3e 8987342

Macarıstanın baş naziri Viktor Orban Ukraynadakı münaqişənin yalnız ABŞ və Rusiya liderlərinin şəxsi razılığı nəticəsində həll edilə biləcəyini bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, “Ultrahang” yutub kanalına verdiyi müsahibədə danışıb.

Orbanın sözlərinə görə, münaqişənin bitməsi üçün Vladimir Putin və Donald Tramp arasında birbaşa görüş və razılaşma vacibdir. O vurğulayıb ki, iki ölkə liderləri danışıqlara başlamadan və ümumi razılığa gəlmədən döyüşlərin dayandırılması real görünmür.

Baş nazir qeyd edib ki, əldə olunacaq potensial saziş yalnız Ukrayna ilə bağlı deyil, həm də daha geniş məsələləri – enerji qiymətləri, Rusiya bazarlarına çıxış, iqtisadi sanksiyalar və silahlara nəzarət mexanizmlərini əhatə etməlidir.

Orban eyni zamanda Donald Trampın müəyyən etdiyi 50 günlük müddətə toxunaraq bu zaman çərçivəsində razılaşma əldə olunmasa, Macarıstanın Rusiyadan və onun ticarət tərəfdaşlarından idxal olunan mallara 100%-lik gömrük rüsumları ilə üzləşə biləcəyini və bunun ölkəsi üçün ciddi iqtisadi nəticələr doğuracağını bildirib.

Ukraynadakı vəziyyəti çaşqın və mürəkkəb adlandıran Orban əlavə edib:

“Hamının sülh istədiyini düşünmək sadəlövhlükdür. Bəziləri sülhdən danışır, əslində isə hərbi maraqları müdafiə edir”.

Tahir Turan
Globalinfo.az

Paylaş: