netanyahu 3 900x506 2


İsrailin Baş naziri Benyamin Netanyahu Suriyanın Qolan yüksəkliklərində yerləşən Hermon dağına səfəri zamanı İranı darmadağın edəcəklərini açıqlqyıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Baş nazirin ofisi məlumat yayıb.

Netanyahu İsrail hərbçiləri və müdafiə naziri İsrael Katzın müşayiəti ilə dağın zirvəsinə qalxıb.

“Hermon dağının zirvəsindəyik. Dəməşq, Livan, Qolan yüksəklikləri buradadır. Biz Hermonun zirvəsindən Yərmuk çayına, buradan isə Aralıq dənizinə qədər bütün əraziyə nəzarət edirik. Bu, indiyədək heç vaxt olmayan mütləq nəzarətdir”, – Netanyahu bildirib.

Onun sözlərinə görə, İsrailin regionda hərbi-siyasi sahədə hələ çox işi var. Netanyahu əsas prioritetlərdən birinin Tehranda hakimiyyətin dəyişdirilməsi olduğunu deyib.

“Biz buna çox yaxınıq. Bilirik ki, nəticədə Tehranın regiondakı bütün müttəfiqləri çökəcək. Buna nail olmaqda qətiyyətliyik və bunu edəcəyik”, – İsrail hökumətinin başçısı vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: