1685558604 1683787840 673db41cf0f3cef5b904b79e7fa5d4ec 1

ABŞ Ukraynaya 1 milyard dollar, o cümlədən hərbi məqsədlər üçün 665 milyon dollar yeni yardım ayırır.

Globalinfo.az xəbər verir ki, bu barədə xarici işlər naziri Dmitri Kuleba ilə birgə mətbuat konfransında ABŞ Dövlət katibi Entoni Blinken bildirib.

Pentaqonun məlumatına əsasən, ABŞ Müdafiə Nazirliyi Ukraynaya ümumi dəyəri 175 milyon dollar olacaq yeni yardım paketini elan edib.

Yardım paketinə Abrams tankları üçün 120 mm-lik tükənmiş uran mərmiləri, HİMARS üçün mərmilər, hava hücumundan müdafiə sistemlərinin (HHM) texniki dəstəyi üçün avadanlıqlar, 155 mm və 105 mm çaplı artilleriya mərmiləri, minaatan sistemləri və onlar üçün mərmilər, Javelin, TOW və AT-4 tank əleyhinə sistemlər, 3 milyondan çox sursatlar daxildir.

 

Paylaş: