546191

ABŞ Prezidenti Donald Trampla İsrailin Baş naziri Benyamin Netanyahu arasında münasibətlər gərginləşib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Val Strit Jurnal” (VSJ) məlumat yayıb.

Bildirilib ki, Tramp diplomatik yanaşmanı dəstəklədiyi halda, Netanyahu İrana qarşı daha sərt hərbi təzyiqin tərəfdarıdır:

“Tramp Netanyahu ilə telefon danışığı zamanı “Niyə binaları partladırsınız? Bunu dayandırın!” ifadəsini işlədib. Həmçinin, o, qapalı müzakirələrdə Netanyahunun hər yeri bombalamaq istəyində olduğunu deyərək narazılıq bildirib.

Digər tərəfdən, İsrail baş naziri danışıqlar prosesinə şübhə ilə yanaşaraq, mümkün razılaşmanın yoxlanılması mexanizmləri barədə suallar qaldırıb”.

Məlumata görə, Tramp son vaxtlar administrasiya rəsmilərindən Netanyahu ilə danışıqlardan sonra onun açıqlamalarının nə dərəcədə dəqiq olduğunu da soruşmağa başlayıb.

Bu isə əvvəlki dövrlərlə müqayisədə yeni yanaşma kimi qiymətləndirilir.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: