isiq

Xalq şairi Nəriman Həsənzadənin mərhum Prezident Əbülfəz Elçibəyə həsr etdiyi şeir üzə çıxıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal özünün sosial şəbəkə hesabında paylaşım edib.

Bildirib ki, sözügedən şeir 1992-ci ilin may ayında, prezident seçkisi kampaniyası dövründə “Azərbaycan” qəzetində dərc olunub. Onun sözlərinə görə, şeiri Nəriman Həsənzadə həmin vaxt prezidentliyə namizəd olan Əbülfəz Elçibəyə xitabən yazıb.

O, həmçinin əlavə edib ki, şeir Nəriman Həsənzadənin 2022-ci ildə nəşr olunan “Seçilmiş əsərləri”nin I cildinə də daxil edilib.

Sözügedən şeiri təqdim edirik:

Azadlıqdır məramımız

Şuşa yolu buz bulaqdı, çeşmәdi.
Çeşmәlәrdәn şuşalılar içmәdi.
Şux balalar bir-birindәn seçmәdi,
Şәhidlәrin sırasında, Elçibәy.
El var, elin arxasında, Elçibәy.

Gәlin gördüm, baxışından utandım,
Xalı gördüm, naxışından utandım,
Ana gördüm, qarğışından utandım,
Oğul deyib mәlәyirdi, Elçibәy,
Göy yerә od әlәyirdi, Elçibәy.

Havanı sıx, Azәrbaycan qanı var.
Bir canında mәrdin neçә canı var?!
Döyüşdә bir әbәdiyyәt anı var,
– o anları seçәn seçir, Elçibәy.
Vәtәndәn yox, candan keçir, Elçibәy.

Xәbәr verәn xәbәr almır, nә qaldı?
Aman Allah! Qarabağ kimә qaldı?!
Malıbәyli, Əlibәyli, Daşaltı…
Qarabağda talan oldu, Elçibәy,
Satan oldu, alan oldu, Elçibәy.

Get Laçını, Xocalını al, oğul,
Ötәnlәri bir dә yada sal, oğul.
Bir Qarabağ şikәstәsi çal, oğul,
Darıxmışam Qarabağsız, Elçibәy,
Oda düşdük haqlı-haqsız, Elçibәy.

Yunus İmrә Elçibәyin әzbәri,
“Bir bәn vardır,– deyir– bәndәn içәri!”
Ruh ömürlük, ömür özü köçәri!
— Sәngәrdәdi şeir-sәnәt, Elçibәy.
And içibdi bir mәmlәkәt, Elçibәy.

“Külli Qarabağın abı-hәyatı,
Nәrmü-nazik bayatıdır, bayatı…”
Bir millәtin getdi soyu, soyadı,
Ey Vidadi, imanımız, Elçibәy.
Azadlıqdı mәramımız, Elçibәy.

(2 may 1992)

Globalinfo.az

Paylaş: