makey

Belarusun xarici işlər naziri Vladimir Makeyin qəfil ölümü ilə bağlı iddialar artmağa başlayıb.

Globalinfo.az xəbər verir ki, xüsusilə sosial şəbəkələrdə Makeyin gözlənilmədən dünyasını dəyişməsini siyasətçiyə sui-qəsd olaraq dəyərləndiriblər. Sui-qəsdin arxasında Rusiyanın dayana biləcəyini iddia edənlərin sayı da artıb. Bunun isə Ukraynadakı son əməliyyatlarla bağlı olduğu vurğulanıb.

Təsadüfi deyil ki, bu gün İtaliya mətbuatına müsahibə verən ukraynalı deputat Anton Qeraşenko Makeyin ölümünün Moskva tərəfindən təşkil olunmasını istisna etməyib:

“Makeyi zəhələyə bilərlər. Ona görə ki, o, Lukaşenkonun varisi ola bilərdi. Makey Belarus elitasında Rusiyanın təsiri altında olmayan çox az siyasətçilərdən idi. Makeyin qətli Lukaşenkonun özünə xəbərdarlıq ola bilər”.

Bu iddianı gücləndirən başqa səbəb isə Rusiya hakimiyyətinə yaxın bir sıra politoloqların Makeyin ölümündən dərhal sonra ona qarşı kampaniya başlatmasıdır. Bu baxımdan xüsusilə Sergey Markovun çıxışı diqqət kəsb edir:

“Makey Qərbin Belarusun qərbyönlü rəhbər vəzifəsi üçün əsas favoritlərindən biri idi. Onun gedişi Belarusun Rusiyadan uzaqlaşmaq və Qərblə ittifaq kursunun qeyri-mümkünlüyünün simvoludur. Məhz Makey bunu təklif edirdi. Məhz Makey bunu edirdi və bu vəziyyətdən udurdu, çünki reallaşacağı halda Belarus prezidenti olacaqdı. Lukaşenko onu xarici işlər naziri vəzifəsindən niyə tuturdu? Ona görə ki, Qərblə əlaqə kanalının nə zamansa lazım olacağına ümid edirdi. İndi isə bu kanal yoxa çıxdı”.

Bununla belə, Makeyin ölümünün Lukaşenkonu təcili çıxış yolları axtarmağa məcbur edəcəyi vurğulanıb. Üstəlik, Belarus liderinin bundan öz hakimiyyətini saxlamaq üçün də istifadə edəcəyi də iddialar arasında yer alır.

Qeyd edək ki, Belarusun xarici işlər naziri Vladimir Makey ötən gün vəfat edib.

İlkin
Glonalinfo.az

Paylaş: