Nazirdən zəlzələdə həlak olan tələbələrlə bağlı paylaşım

Elm və təhsil naziri Emin Əmrullayev Malatya şəhərində baş vermiş zəlzələdə azərbaycanlı tələbələrin həlak olması ilə bağlı başsağlığı verib.

Globalinfo.az xəbər verir ki, nazir bununla bağlı feysbuk hesabında paylaşım edib:

“Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində Malatya şəhərindəki İnönü Universitetində təhsil alan azərbaycanlı tələbələrin – Hümam İsmayıllı, Gündüz Nəzərzadə, Samir Quliyev, Şahin Verdiyevin həlak olmasından kədərləndiyimizi bildirir, ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı diləyirik.

Allah rəhmət etsin!”.