Dövlət Agentliyinin bir sıra hərbi qulluqçuları təltif edildi – FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə Strateji Obyektlərin Mühafizə Dövlət Agentliyin rəisi, general-mayor Abbasov İlqar Rza oğlu, Agentliyin rəisinin 1-ci müavini, general-mayor Hüseynov İsmayıl Xəlil oğlu, Agentliyin rəisinin müavini, polkovnik İsfəndiyar Səttar oğlu Mehbalıyev “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilib.

Globalinfo.az bildirir ki, bu münasibətlə Agentlikdə tədbir keçirilərək Agentliyin rəisi, general mayor İlqar Abbasov tərəfindən yubiley medalları təntənəli şəkildə təqdim olunub.

Tədbirin əvvəlində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Agentliyin rəisi, general mayor İlqar Abbasov ali təltifə görə Prezident İlham Əliyevə özü və müavinlərinin adından minnətdarlığını bildirərək, bu təltifin bütövlükdə Agentliyə göstərilmiş etimad olduğunu və  bundan sonrakı fəaliyyətində də Müzəffər Ali Baş Komandanın etimadını doğrultmağa çalışacaqlarını vurğulayıb.

Tədbirin sonunda şəxsi heyəti xalqımızın ən əziz bayramlarından olan Novruz bayramı münasibətilə  təbrik edərək, möhkəm cansağlığı, çətin, eyni zamanda şərəfli xidmətlərində uğurlar arzulayıb.