Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin “Elbası Fondu” Türkiyənin Antalya şəhərindəki “Rixos Beldibi” otelindən imtina edib.
Globalinfo.az bildirir ki, bu məlumatı “Forbes.kz” yayıb.
Otel Qazaxıstan prezidentinin işlər idarəsinin tabeliyinə verilib.
Qeyd edək ki, bu otel 15 ildir Qazaxıstan dövlətinə məxsusdur. Sonralar otel Nazarbayevin şəxsi mülkünə çevrilsə də, eks-prezidentin bunu hansı yolla əldə etdiyi açıqlanmamışdı.
Məlumat üçün bildirək ki, Nazarbayevə qarşı cari ilin əvvəlindən etibarən təqiblər güclənib. Keçmiş dövlət başçısının yaxın qohumları vəzifədən çıxarılmaqla bərabər, müxtəlif ölkələrdəki hesablarına blok qoyulub.
İlkin
Globalinfo.az