Naxçıvanda Vasif Talıbovu bitirəcək araşdırma başladı

vasif 12

Naxçıvandan yeni həyəcanlı xəbərlər gəlir. Muxtar Respublika ərazisində tikintilər dayandırılıb. Buna səbəb bu günə kimi olan tikintilərin keyifiyyəti qaneedici olmadığıdır.

Globalinfo.az xəbər verir ki, bu haqda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli mətbuata müsahibədə bildirib. Səlahiyyətli nümayəndənin sözlərinə görə, muxtar respublikada ən aktual sahələrdən biri tikintidir:

“Bu günə qədər mövcud olan tikintilərin keyfiyyəti qaneedici olmadığına görə müvəqqəti olaraq bu sahədə işlər dayandırılıb. 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Naxçıvanın sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət Proqramını təsdiq edib. Bu proqram çərçivəsində 2023-cü ilin son 4 ayı ərzində icra olunması nəzərdə tutulan layihələrin hamısı tenderlər vasitəsilə həyata keçirilməyə başlayıb. Layihələrin tətbiqi, əsaslandırılması, layihələndirilməsi, işçi layihələrin hazırlanması üzərində iş gedir. Artıq 2024-cü ilin mart-aprel aylarından başlayaraq Naxçıvan Muxtar Respublikasında tikinti işlərinə geniş vüsət veriləcək və olduqca böyük infrastruktur layihələri icra olunacaq”.

naxcivan 12

Bu o deməkdir ki, Vasif Talıbovun və klanının indiyə kimi Naxçıvanda həyata keçirdikləri tikinti işləri, tender layihələri dövlət tərəfindən ciddi araşdırılır. Bu araşdırmaların nəticəsindən asılı olaraq Talıbovlarla bağlı qərar veriləcək.

İndi ən çox korrupsiya halları tenderlərdə baş verir. Bu sahə korrupsiyaya, yeyintiyə açıqdır. Vasif Talıbov “gözdən uzaq, könüldən iraq” Naxçıvanda bütün sahələrdə olduğu kimi, tikintidə də çox böyük əliəyriliyə yol verib. İşdən çıxarıldıqdan təxminən 1 il sonra onun fəaliyyətinin yenidən yoxlanması ciddi məsələdir. 30 ilə yaxın müddətdə Naxçıvanda hakimiyyətdə olan Talıbovlar əksər salamat buraxmadıqları sahə qoymayıblar. Onlardan ən başlıcası da tikintidir.

Bu araşdırmaların yekununda başqa sensasion adlara da rast gəlinə bilər? Mərkəzi hakimiyyətdə təmsil olunanlardan kimlər Talıbovlarla əlbir olub dövlətin milyonlarını talayıblar? Bu köstəbələr üzə çıxaralıacaqmı? İstintaqacəlb ediləcəkmi?

Bu suallara birmənalı cavab vermək hələlik mümkün deyil. Zamanla hər şey aydınlaşacaq. Qarşıdakı iki ayda ölkədə prezident seçkiləri keçirilir. Yəqin ki, seçkidən sonra daha miqyaslı təmizlik işlərinə şahidlik etmək mümkün olacaq.

Tahir Turan
Globalinfo.az