Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Globalinfo.az “Report”a istinadla xəbər verir ki, VAZ-2107 markalı minik avtomobili KamAZ markalı yük avtomobili ilə toqquşub.
Hadisə nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar təcili tibbi yardım briqadasının köməyi ilə Naxçıvan Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Xəsarət alanlar Əliyev Səlim Elçin oğlu, Vəliyev Elçin Nizami oğlu və Ələsgərov Vüqar Qafar oğludur.
Faktla bağlı araşdırma aparılır.