Naxçıvan Muxtar Respublikasında, Babək rayonunun Yarımca kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, “VAZ-21015” markalı avtomobillə “NAZ-Lifan” markalı nəqliyyat vasitəsi toqquşub.

Qəzada 2009-cu il təvəllüdlü Namiq Qılman oğlu Abbasov, 2003-cü il təvəllüdlü Elnur Çingiz oğlu Hacıyev və 2010-cu il təvəllüdlü Amin Təbriz oğlu Ələkbərov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə çatdırılaraq müalicəyə cəlb ediliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: