Naxçıvanda polis mayoru faciəli şəkildə həlak oldu

Naxçıvanda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölənlər var.

Gloabalinfo.az xəbər verir ki, yol qəzası bu gün səhər saatlarında Naxçıvan-Batabat magistral yolunun Vayxır kəndindən keçən hissəsində qeydə alınıb.

İlkin versiyaya görə, hadisəyə səbəb yağıntılı hava şəraitində sürət həddinin aşılmasıdır.

Naxçıvan MR DİN-in mətbuat xidmətindən bildirilib ki, mayın 21-də Şahbuz rayonu Vayxır kəndi ərazisində 1971-ci təvəllüdlü Bəxtiyar Şirinovun idarə etdiyi “Lifan” markalı avtomobilin aşması nəticəsində özü və avtomobildə olan 1982-cil il Zahir Səfərov dünyasını dəyişib.

Z.Səfərov polis mayoru olub, rayon RPŞ-də xidmət edirdi.

Araşdırma aparılır.