250df28f 9b67 30cf b387 9c3179a7b86e 1200

Bayram günlərində Naxçıvan Muxtar Respublikasında (MR) zəhərlənmə halları qeydə alınıb.

Naxçıvan MR Yoluxucu Xəstəliklər Mərkəzindən Globalinfo.az-a verilən məlumata görə, qeyd olunan dövrdə, ümumilikdə, 17 nəfər müxtəlif səbəblərdən zəhərlənmə diaqnozu ilə tibb müəssisəsinə müraciət edib.

Statistikaya əsasən zəhərlənmə hallarından 12-si qida zəhərlənməsi, 3-ü dərman maddələri ilə zəhərlənmə, 2-si isə alkoqol mənşəli zəhərlənmə olub.

Paylaş: