1729085585 1726825262 1688641299 zaxarova 2

“NATO-nun Cənubi Qafqazdakı fəaliyyəti dağıdıcıdır”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici işlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

O bildirib ki, Qərbin vəzifəsi Cənubi Qafqaz ölkələrini sıxışdırıb Rusiyaya qarşı yönəltməkdir.

“NATO-nun əsl məqsədi regionu Rusiya ilə qarşıdurma meydanına çevirmək, ölkələri bir-birinə qarşı qoymaq, sonra isə bundan faydalanmaqdır. Moskva isə hesab edir ki, regionda qərarlar buradakı  ölkələrin özləri tərəfindən qəbul edilməlidir. Belə ki, “3+3” formatında keçiriləcək danışıqlar bunun mümkünlüyünü bir daha əyani şəkildə sübuta yetirir”, – deyə Zaxarova vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: