NATO Polşanın hava məkanının pozulması ilə bağlı insidenti hücum kimi qiymətləndirmir.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi öz mənbəsinə istinadən məlumat yayıb.
“NATO təyyarələri ilk dəfə olaraq müttəfiqlərin hava məkanında potensial təhlükələrə qarşı əməliyyat keçirib”, – agentliyin mənbəsi qeyd edib.
O əlavə edib ki, NATO “Patriot” hava hücumundan müdafiə sistemləri ilə pilotsuz təyyarələri aşkar edib, lakin onlara atəş açmayıb. Mənbə əməliyyatda Polşanın F-16 qırıcıları, Niderlandın F-35-ləri və İtaliyanın AWACS təyyarələrinin iştirak etdiyini bildirib.
Qeyd edək ki, 10 sentyabrda Rusiyaya məxsus “Şahid” PUA-ları Polşaya hücum edib.
Əliyar Xəlil
Globalinfo.az