Respublikaçı Alternativ (REAL) Partiyası Siyasi Komitəsinin sədri, iqtisadçı Natiq Cəfərli atası ilə bağlı yayılan xəbərlərə reaksiya verib.

Globalinfo.az xəbər verir ki, bu barədə özü məlumat paylaşıb.

“Narahatlığınızı anlayıram, yüzlərlə zəng-mesaj yazırsız, amma cavab verməyə halım yoxdur. Atam komadadır, biz ancaq dua edirik indi…”, – deyə o bildirib.

***11:51

Respublikaçı Alternativ (REAL) Partiyası Siyasi Komitəsinin sədri, iqtisadçı Natiq Cəfərliyə ağır itki üz verib.

Globalinfo.az Operativ Media-ya istinadən xəbər verir ki, siyasətçinin atası Gürcüstanda yerləşdirildiyi xəstəxanada vəfat edib.

Qeyd edək ki, N.Cəfərli ötən gün paylaşım edərək atasının vəziyyətinin ağır olduğunu bildirmişdi.

Paylaş: