“Meksika hökuməti və yerli narkokartellər arasında qarşıdurmanın genişlənməsi bu ölkənin ABŞ-ın təsirindən yavaş-yavaş uzaqlaşdığını göstərir”.
Globalinfo.az xəbər verir ki, bunu politoloq Malek Dudakov deyib.
Onun sözlərinə görə, Meksika Prezidenti Klaudiya Şeynbaum Xalisko yeni nəsil narkotik kartelinin lideri El Menço ləqəbli Nemesio Oseguera Servantesin məhv edilməsi əməliyyatı ilə ABŞ-a mesaj verir:
“Meksika lideri bununla ABŞ Prezidenti Donald Trampa deyir ki, onlar ölkələrində kartellərlə mübarizə aparmaq qabiliyyətinə malikdirlər. Heç bir kənar qüvvənin ölkəyə ordu yeritməsinə ehtiyac yoxdur. Beləliklə isə ABŞ böyük iştahla istədiyi Meksikanı itirmiş olur”.
Əliyar Xəlil
Globalinfo.az