Ermənistanın keçmiş prezidenti, müxalifətdəki “Ermənistan” blokunun lideri Robert Köçəryan yeni parlamentdə deputat mandatını qəbul etməyəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə blokun nümayəndəsi Aqnesa Hamoyan məlumat verib.
“Robert Köçəryan istisna olmaqla, “Ermənistan” bloku proporsional siyahı üzrə növbəlilik prinsipi əsasında mandatlarını qəbul edəcək”, – deyə Hamoyan erməni KİV-lərinə açıqlamasında bildirib.
Parlamentdə “Ermənistan” blokuna 12 mandat verildiyindən, Köçəryanın mandatdan imtina etməsindən sonra siyahıda 13-cü yerdə qərarlaşan Mesrop Manukyan deputat olacaq.
İyunun 14-də açıqlanan yekun nəticələrə əsasən, Ermənistan parlamentinə üç siyasi qüvvə daxil olub. Hakim “Vətəndaş Müqaviləsi” Partiyası 64 mandat qazanıb. “Şərəfim var” və “Ermənistan” blokları isə müvafiq olaraq 29 və 12 mandat əldə ediblər.
Beləliklə, Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası hökuməti təkbaşına formalaşdırmaq imkanı qazanıb.
Əliyar Xəlil