Kiyev

Ukraynadan olan nümayəndələr avqustun 15-də Varşavada keçiriləcək Polşa hərbi paradına dəvət edilməyib.

 Globalinfo.az xəbər verir ki, b barədə Ukrayna Müdafiə Nazirliyi bildirib.

Söhbət Polşa tarixində ən böyük hərbi paraddan gedir.

“Polşa Silahlı Qüvvələri Günü münasibətilə keçiriləcək tədbirdə təxminən 1 800 hərbçi, 300-dən çox quru texnikası və 60 hava aparatı iştirak edəcək. ABŞ, Kanada, Fransa, Avstraliya, Litva, Rumıniya, İsveç, Estoniya və digər ölkələrin hərbçiləri də parada qatılacaq. Eyni zamanda Qdınya və Qdanskda 20-dən çox hərbi gəminin iştirakı ilə dəniz paradları keçiriləcək”, – deyə qeyd edilib.

Xatırladaq ki, bir müddətdir Ukrayna ilə Polşa arasında gərginlik yaşanır.

Əliyar Xəlil
Globalinfo.az  

Paylaş: