İlham Əliyev Almaniyaya gedir – GÖRÜŞ

Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Kansleri Olaf Şolts arasında görüş olacaq.

Globalinfo.az bildirir ki, bu barədə Almaniya Kanslerinin Prezident İlham Əliyevə seçkilərdə qalib gəlməsi münasibətilə göndərdiyi təbrikdə deyilir.

“Sizinlə Münxen Təhlükəsizlik Konfransında görüşəcəyimizə şadam”, – Olaf Şolts yazıb.

Qeyd edək ki, Münhen Təhlükəsizlik Konfransı fevralın 16-18 tarixlərində keçiriləcək.