Prezidentin sərəncamı: əməkhaqqı artımı kimlərə şamil olunacaq?


“Azərbaycan Prezidenti cənab İlham Əliyev müəllimlərin əməkhaqlarının artırılması barədə sərəncam imzalayıb. Sərəncamla müəllimlərin aylıq vəzifə maaşları bu aydan etibarən orta hesabla 10 faiz artırılıb”.

Globalinfo.az xəbər verir ki, bu sözləri millət vəkili, iqtisadçı ekspert Vüqar Bayramov deyib.

O bu kateqoriyadakı işçilərin əməkhaqlarında artım olacağını bildirib:

“- Dövlət büdcəsindən maliyyələşən dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlər;

– Həmin müəssisələrin direktor və direktor müavinləri;

– Gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri;

– Dövlət büdcəsindən maliyyələşən dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlər;

– Həmin müəssisələrdə gənclərin çağırışaqədərki hazırlıq və fiziki tərbiyə rəhbərləri;

– İdarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilər”

Qeyd edək ki, müəllimlərin əmək haqqlarının artırılması ilə bağlı təkliflər bu ayın 5-dək hökumətə təqdim olunmuşdu. Öncədən qeyd olunduğu kimi, sərəncamın fevralın 23-də imzalanmasına baxmayaraq maaş artımları fevralın 1-dən hesablanacaq.