Müdafiə Nazirliyindən Xankəndi mesajı

Ermənistan tərəfinin hərbi yükdaşımalar məqsədilə mülki nəqliyyat vasitələrindən də istifadə etməsi müəyyən edilib.

Globalinfo.az xəbər verir ki, bu sözlər Azərbaycan MN-in yaydığı son bəyanatdandır.

Bəyanatda Xankəndiyə silah-sursat daşınmasının vurğulanması xüsusi diqqət çəkib.

Bildirilib ki, Ermənistandan hərəkət edən mülki avtomobillər Şuşa rayonunun Turşsu kəndi yaxınlığında müəyyən edilmiş nöqtəyə qədər müqavilə əsasında xidmət keçən canlı qüvvəni və hərbi yükləri çatdırır:

“Daha sonra hərbçilərin və hərbi yüklərin yüksəkkeçidli hərbi maşınlarla Xankəndiyə daşınması da tərəfimizdən müşahidə edilib”.