Müdafiə Nazirliyi: “İtkilərimiz var, əlavə məlumat veriləcək”

“Toqquşma zamanı Ermənistan silahlı qüvvələrinin atəş nöqtələri susdurularaq geri çəkilməyə məcbur edilib. Ermənistan ordusu atəşkəs razılaşmasına əməl etməyib və çirkin əməlləri davam etdirilib”.

Globalinfo.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Anar Eyvazov keçirdiyi brifinqdə bildirib.

“Bütün hallarda ordumuzun bölmələri tərəfindən zəruri cavab tədbirləri görülür. Qarşı tərəfə canlı qüvvə və texnika baxımından ciddi zərbə dəyib. Hazırda vəziyyət gərgin olaraq qalır. Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır. Təəssüflə bildirim ki, bizim də itkilərimiz var, bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, – deyə o əlavə edib.