1687801321 1687709720132131111649868182951d

Azərbaycanın muaytay millisi Polşada keçirilən III Avropa Oyunlarını üç medalla başa vurub.

Globalinfo.az xəbər verir ki, muaytay millimizə üçüncü medalı Emiliya Rzayeva (63,5 kq) qazandırıb. Həlledici döyüşə vəsiqə uğrunda görüşdə Tereza Steçova (Çexiya) ilə qarşılaşan təmsilçimiz məğlub olaraq bürünc medalla kifayətlənib.

Muaytay yığmamızın digər üzvləri Xəyal Əliyev (67 kq) və Aysu Devrişova (57 kq) da yarışı üçüncü pillədə başa vurublar.

Qeyd edək ki, muaytay millimiz III Avropa Oyunlarında dörd idmançı ilə təmsil olunub. Onlardan üçü mükafatçılar sırasında yer alıb.

Paylaş: